"Azəristiliktəchizat" ASC (VÖEN – 1700531291) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 31 dekabr 2025-ci il tarixdə bitən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun (MHBS) auditi xidmətlərinin keçirilməsinin satınalınmasıdır. Ehtimal olunan qiymət 15 682 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 27 yanvar 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 31 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Zamiq Səmədov - Satınalmalar üzrə mütəxəssis
[email protected]
+994 77 419 00 09
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 27 yanvar 2026-cı il, saat 15:00-a qədər AZ1123, Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 3 ünvanına təqdim edə bilərlər.










