2023-cü ilin yanvar-sentyabr aylarında "Azəralüminium" MMC 98 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən"Azəralüminium" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,2 milyon dollar və ya 4,1% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Azəralüminium" MMC 102,2 milyon dollar dəyərində məhsul ixrac edib.