2023-cü ilin yanvar-sentyabr aylarında "Socar Polymer" MMC-nin 231,6 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Socar Polymer" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü pillədə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 85,3 milyon dollar və ya 58,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Socar Polymer" MMC 146,3 milyon dollar dəyərində məhsul ixrac edib.