Bu ilin yanvar-avqust aylarında "Azəralüminium" MMC xaricə 82,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 12,3 milyon ABŞ dolları və ya 12,9% azdır.
Ötən ilin yanvar-avqust aylarında "Azəralüminium" MMC 95,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.