"Azəralüminium" MMC-nin bu ilin yanvar-oktyabr aylarında ixracatı 103,8 milyon ABŞ dolları təşkil edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon dollar və ya 12,6% azalma deməkdir.
Müqayisə üçün bildirək ki, şirkətin ötən ilin eyni dövründəki ixracı 118,7 milyon dollar təşkil etmişdi.











