Bu ilin yanvar-oktyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 33,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 milyon dollar və ya 28,7% azalma deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 46,7 milyon dollar olmuşdu.











