“Dinçer və Carçıoğlu” Birgə Müəssisəsinin (VÖEN:1008535091) vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki məluamtlara əsasən şirkətin hazırkı vergi borcu 89 min 41,03 manatdır. Bununla yanaşı şirkət riskli vergi ödəyicisi deyildir.
Bildirək ki, “Dinçer və Carçıoğlu” Birgə Müəssisəsi 23 yanvar 2005-ci ildə dövlət qeydiyyatına alınıb, 800 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Sevdiyar Əliyev Nadir oğludur.
Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev.14, giriş 4-5-6 ünvanıdır.
Qeyd edək ki, “Dinçer və Carçıoğlu” Birgə Müəssisəsi Azərbaycanda qida və mebel materiallarının topdan və pərakəndə satışını əhatə edən şirkətlər qrupundan biridir.