“Fortuna SL Project” MMC-nin (VÖEN:1008492961) vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki məluamtlara əsasən şirkətin hazırkı vergi borcu 879 min 20,89 manatdır. Bununla yanaşı şirkət riskli ergi ödəyicisidir.
Bildirək ki, “Fortuna SL Project” 24 yanvar 2014-cü ildə dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Əlisahib Abbasov Cahangir oğludur.
Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova, ev.26, m.1 ünvanıdır.