24 iyun 2025-ci il tarixdə saat 11:00-da “Qazax Konserv Zavodu” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) ünvanda baş tutacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) ləğvetmə balansının təsdiq edilməsi.
2. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.
4. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış olmaq olar.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinitəsdiq edən sənədlə bilavasitə özünün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayənləri vasitəsilə iştirakı xahiş olunur.