Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, bunlardan 69-u birgə müəssisədir.
Eləcə də bax: Türkiyədə biznes quran azərbaycanlıların - SAYI ARTIR
Bu barədə FED.az-a Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycandan Özbəkistana əsas kapitala cəlb olunmuş birbaşa investisiyaların həcmi 320 min dollardan çox təşkil edib.
Nazirlikdən bildiriblər ki, 2020-ci ildə Azərbaycandan Özbəkistana xidmət və malların idxalı 2019-cu illə müqayisədə 36 faiz artıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb:
"Azərbaycandan idxalda 44 faiz qeyri-ərzaq xammalı, 19 faiz ərzaq məhsulları, 19 faiz isə sənaye məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq xammalı 32 faiz azalıb, Ərzaq məhsullarının idxalı yeddi dəfə, sənaye məhsullarının idxalı dörd dəfə artıb". (Trend)