2021-ci ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 124 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 73 şirkət çoxdur.
Eləcə də bax: Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət Planı
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 37,225 milyon lirə təşkil edib, 2020-ci ilin eyni dövründə isə bu rəqəm 8,245 milyon lirəyə bərabər olub.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (109) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 37,145 milyon türk lirəsi təşkil edib.
Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 11 sənaye, 6 tikinti, 51 topdan və pərakəndə ticarət, 8 daşınmaz əmlak satışı, 6 turizm, 14 nəqliyyat-logistika, 1 dağ-mədən və 1 bir kənd təsərrüfatı şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınmışdı. (Trend)