28 noyabr 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Şahbuz Office” MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkət 1 milyon 560 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur .
Hüquqi ünvanı Naxçıvan şəhəri, Nəsirəddin Tusi 4 ünvanıdır.