29 noyabr 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Region Property” MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkət 600 000 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İsa Bünyad oğlu İsayevdir.
Hüquqi ünvanı Naxçıvan şəhəri, Nəsirəddin Tusi 4 ünvanıdır.
İsa Bünyad oğlu İsayev eyni tarixdə 1 milyon 700 min manat sərmayə ilə "Head Property " MMC-ni də yaradıb.