16 dekabr 2019-cu il saat 11.00-da “Şəki Sənaye İstehsal” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda 11 şirkət – LƏĞV EDİLDİ – SİYAHI
Ünvan: Şəki şəhəri, F.X.Xoyski küçəsi.
FED.az xəbər verir ki, yığıncağın gündəliyi: cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Ləğvetmə komissiyasının hesabatı. Ləğvetmə balansının təsdiqi, cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi, qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi, ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi, digər məsələlər müzakirə ediləcək.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.