29 noyabr 2025-ci il saat 12:00-da “Masallı Dəmir Beton” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, cəmiyyətin yerləşdiyi ünvanda – Masallı şəhəri, H.Sultanov küçəsi 98a ünvanında olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi;
-
İcra orqanının, müşahidə şurasının və təftiş komissiyası üzvlərinin yenidən seçilməsi;
-
Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərlə bağlı təkliflərini əvvəlcədən təqdim edə bilərlər.
Əlaqə telefonu: 070-272-22-75.