“Akkord” şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
FED.az xəbər verir ki, bunlar “Akkord Qum” MMC və “Akkordian Traden” MMC şirkətləridir.
“Akkord Qum” MMC-nin vergi borcu 1928,91 manat, “Akkordian Traden” MMC-nin vergi borcu isə 110 min 188 manatdır.
Bununla belə 1 milyon 731 min 563,88 manat vergi borcu olan "Akkord General Construction" MMC, 1912 manat vergi borcu olan "Akkord Beton" MMC,1 milyon 194 min 19,9 manat vergi borcu olan "Akkord Hydrotechnical Construction" MMC, 52 min 310,48 manat vergi borcu olan "Akkord Mingəçevir Maşınqayırma Zavodu" riskli vergi ödəyicisinə aid deyillər.