Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması prosesi sentyabrda başa çatacaq".
FED.az-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev deyib. O, sahibkarlara xəbərdarlıq da edib və deyib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına diqqət etməlidirlər.
Eləcə də bax: Bakıda ən təsirli reklam bu küçələrdədir - SİYAHI
O.Əliyev qeyd edib ki, bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub: “Cərimələr müxtəlifdir, 500 manatdan 10 min manata qədərdir”.
Direktor müavini bildirib ki, agentlik reklamlarda Azərbaycanın dil normalarının qorunması istiqamətində də addımlar atır: “Gündəlik belə faktlarla bağlı müraciətlər olur. Normaların pozulmasına imkan vermirik” (report).