“Reklam haqqında” yeni qanunun işə düşməsi Bakıdakı «outdoor» (bayır) reklamları sahəsinə cəddi təsir edib. Bu barədə FED.az-a reklam sahəsində fəaliyət göstərən «INVEL reklam» şirkətinin rəhbəri Vüsal Cəfərli bildirib. Onnu sözlərinə görə, yeni qanundan sonra sərfəli olmayan bilbordlar sökülüb, reklam qiymətləri reallığa uyğunlaşdırılıb.
V.Cəfərli bildirib ki, hazırda Bakıda 500-dən artıq reklam lövhəsi - bilbord var: «Amma son 3-4 ayda bilbordların 50-100-ü bazardan çıxdı. Bu sahədəki dəyişikliklərlə əlaqədar olaraq rentabelli deyildi, ona görə».
Bildordlarda reklam qiymətləri isə demək olar ki, dəyişməyib. Yeni qanunun tətbiqi ilə əlaqədar bilbordların icarə qiymətləri artsa da, son qiymət praktiki olaraq dəyişilməyib və standart bilbord üçün orta hesabla ayda 500 manata bərabərdir.
V.Cəfərli bildirib ki, «Reklam haqqında» yeni qanun reallığa uyğun olduğundan bazarın tənzimlənməsində daha praktiki nəticələrə səbəb olub. «Yeni qanuna əsasən Bakının ərazisi reklam aktivliyinə görə 3 zonaya bölünüb, daha cəlbedici ərazilərin daha yüksək qiymətləri var».
Mütəxəssis bildirir ki, Bakıda daha çox təsirə malik olmaq üçün bilbordlar müxtəlif amilləri nəzərə alaraq yerləşdirilir: «Əvvəla, deməku olar ki, bütün bilbordlar yol ayrıcında, avtomobillərin hərəkəti nəzərə alaraq qurulur».
Bilbordların yerləşdirilməsi zamanı avtomobillərin sürətləri də nəzərə alınır: «yəni saatda 80-100 kilometr sürətlə geən avtomobillər bu reklamı görə bilməzlər, ona görə də, maşınların daha yavaş hərəkət etdiyi küçələr reklam baxımından cəlbedicidir».
Müşahidələr göstərir ki, bir reklam lövhəsinə diqqətlə baxım oxumaq üçün insanların cəmi 8-12 saniyə vaxtı olur. Reklam lövhələri də bu hesablamaya əsasən yerləşdirilir: «Bunu nəzərə alanda
tıxac olan küçələrdə reklam yerləşdirmək sərfəlidir. Tıxac olmayan küçələrdə reklam onsuz da qalmayıb».
Hazırda Bakı şəhərində bayır reklamı üçün ən əlverişli ərazilər və küçələr Neftçilər prospekti, Səməd Vurğun küçəsi, Cəfər Cabbarlı küçəsi (5 mərtəbədən başlayaraq «Kaspian Plaza»nın ətrafı, eləcə də «Nərimanov» və «Gənclik» metro stansiyalarının ətrafıdır.
Respblikanın bölgələrində bilbord reklamı Bakıdakı kimi aktiv sahə sayılmır. Yalnız Sumqayıt və Gəncədə nisbətən çox sayda reklam var: «Digər rayonlarda isə reklam lövhələri rayonun girişlərində qoyulur. Çünki ki girişlərdə sürət azalır».