“Azerbaijan Company for Poultry Development” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib və onun rəhbəri investisiya şirkətinin direktorudur.
6 milyon manatlıq şirkət ləğv edilərək – «PMD Group»a BİRLƏŞDİRİLİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət 2 noyabr 2022-ci ildə (VÖEN: 1406211201) Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.
Şirkət Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.6 ünvanında 3 450 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Qanuni təmsilçisi Məmmədov Mansur Kamaləddin oğludur.
Mansur Məmmədov hazırda iki şirkət – “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin və onun səhmdarı olan Böyük Britaniya şirtkəti “Plato Capıtal Internatıonal Holdıngs Lımıted” şirkətinin Azəbaycan Respublikasındakı filialının rəhbəridir.
O, həmçinin “Moonvake Investment” MMC-nin (Moonwake Investmen) baş investisiya inzibatçısıdır, hansı ki, bu şirkət yeni yaradılan “Azerbaijan Company for Poultry Development” MMC ilə eyni ünvanda qeydiyyatdadır.
“Moonwake Investment” həm Azərbaycanda, həm də dünyada özəl və vençur kapitalı layihələrinə, eləcə də qlobal qiymətli kağızlar bazarına investisiya yatıran özəl şirkətdir.
Şirkət Azərbaycanda müxtəlif sektorları əhatə edən 20-dən çox layihəyə investisiya yatırmış, bunlardan kənd təsərrüfatı, IT, təhsil, logistika, daşınmaz əmlak və əyləncə kimi sahələrdə təcrübəsi var.
Bunu da xatırladaq ki, Mansur Məmmədov “PAŞA Bank” ASC-nin baş risk inzibatısı və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri kimi də işləyib.