Azərbaycanda daha bir şirkət fəaliyyətini dayandırıb PMD şirkətlər qrupuna birləşir.
Azərbaycanda bu il yaradılan şirkət - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, “Abşeron-Ticarət LTD” MMC-nin (VÖEN: 1500430201) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə (VÖEN: 1701459191) qoşulduqlarını və “PMD GROUP” MMC “Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1500430201) ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Xatırladaq ki, «Abşeron-Ticarət LTD» MMC 2002-ci ilin sentyabrında yaradılıb və 5,93 milyon manat, təqribəfn 6 milyon manatlıq nizamnamə kapitalına malikdir. Müəssisənin artıq keçmiş hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, m. 466 ünvanında yerləşir.
«Abşeron-Ticarət LTD» MMC-nin qanuni təmsilçisi Cəmil Muradov Tahir oğludur.