Azərbaycanda iki yeni lombard şirkəti Dövlət Vergi Xidmətinin idarələri tərəfindən dövlət qeydiyyatına alınıb.
Eləcə də bax: Azərbaycanda daha bir - Səhmdar Cəmiyyət Bölünür
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunlar, “Baku Pro Lombard” MMC və “SAF2021 Lombard” adlı şirkətidir.
“Baku Pro Lombard” MMC noyabrın 26-da dövlət qeydiyyatına alınıb, 100 manat nizamnamə kapitalı vardır. Bu şirkətə Əli Cahangirov Ramiz oğlu rəhbərlik edəcək. Qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu, General İzzət Həmidov, ev 31, m. 9-dur.
“SAF2021 Lombard” noyabrın 30-da dövlət qeydiyyatına alınıb, 10 manat nizamnamə kapitalına sahibdir. Bu lombard şirkətinə Yusif Bayramov Yaqub oğlu rəhbərlik edəcək. Şirkətin hüquqi ünvanı Göygöl şəhəri, M.Ə.Rəsulzadə, ev 96, m. 0-dır.