“Qala-STB” Açıq Səhmdar Cəmiyyəti ayrılma yolu ilə yenidən təşkil olunur.
Eləcə də bax: Azərbaycanın şirkətlər qrupunun - İcraçı Direktoru Dəyişib
FED.az Banker.az-a istinadən xəbər verir ki, həmin prosedur nəticəsində yaradılan “International Development Company” Məhdud Məsuliyyətli Cəmiyyəti “Qala-STB” ASC-nin hüquqi varisi hesab olunur.
Qeyd edək ki, “Qala-STB” Açıq Səhmdar Cəmiyyəti 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ASC-nin nizamnamə kapitalı 327 500 manatdır və qanuni təmsilçisi Natiq Fərzəliyevdir.