İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti “Yeni Gəncə Hotel Company” MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: 160 min manatlıq şirkət ləğv olunaraq - 2 MİN MANATLIQ ŞİRKƏTƏ QOŞULDU
FED.az xəbər verir ki, 10 min manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsidir. “Yeni Gəncə Hotel Company”nin qanuni təmsilçisi Süleymanov Firuz Efsir oğludur.
Diqqəti cəlb edən “Yeni Gəncə Hotel Company”nin Gəncədəki “Ramada Plaza Hotel” ilə eyni ünvanda yerləşməsidir. Şirkətin vakansiya elanlarında “Yeni Gəncə Hotel Company” MMC-yə tələb olunan işçilərin “Ramada Plaza Hotel” üçün çalışacaqları qeyd olunub.
181 otağa malik “Ramada Plaza Hotel” Gəncənin mərkəzində yerləşir.
Qeyd edək ki, Bakıda Şıxovda yerləşən "Ramada Otel" "C-Group" şirkəti tərəfindən idarə olunur.
Əvvəllər mətbuat "Ramada" otellərinin qalmaqallı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədova məxsus olduğunu yazmışdır. Məlumata görə, onun banklara kredit borclarına görə məhkəmənin qərarı ilə otellər müsadirə olunaraq biznesmendən alınıb. (Marja)