PASHA Bank
Baş UX/UI dizayner
Son tarix 17 dek 2026 - Müraciət et
Təsvir
- Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
- İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;
- Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;
- Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;
- PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;
- Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
- İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
- İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya ötürmək;
- Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
- Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
- Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq bacarığı;
- Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
- Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;
- Komanda üzvlərinin potensialını artırmaq üçün mentorluq və rəhbərlik etmək;
- Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların işinə yön və motivasiya vermək;
- Bankın rəqəmsal və fiziki məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;
- Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər;
- Agile metodologiyası haqqında məlumatlı və təcrübəsi olmaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali Təhsil;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür;
- Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; Məhsulun hazırlanmasında konsept mərhələsindən başlayaraq tam müştəriyə təhvil verilməsində bütün prosesslərdə təcrübə;
- Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər;
- Kompüter bilikləri: Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi;
- Apple Human Interface Guidelines üzrə bilik;
- Material Design Guidelines üzrə bilik;
- Token-first Design System yanaşması ilə işləmə təcrübəsi;
- Mobil tətbiqlərin UX/UI dizaynı sahəsində minimum 2 il iş təcrübəsi;
- Güclü portfolio (Minimum 3 mobil tətbiq dizayn keysləri).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
UX/UI Dizayner
Son tarix 17 dek 2026 Müraciət et
Təsvir
- İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək.
- İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir.
- Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir.
- Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
- PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığına sahib olmaq.
- Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı.
- Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək.
- İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək.
- İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq.
- Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək.
- Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq.
Tələblər
- İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür.
- Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi.
- Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər.
- Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi.
- Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.
- Kompüter bilikləri:Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Rəqəmsal dələduzluğun idarəedilməsi üzrə Baş mütəxəssis
Son tarix 17 dek 2026 Müraciət et
Təsvir
- Rəqəmsal dələduzluğun qarşısının alınması sistemlərinin (Fraud Management Systems) gündəlik idarə edilməsini, fasiləsiz fəaliyyətini, dayanıqlılığını və texniki performansını təmin etmək;
- Mövcud və yeni rəqəmsal kanalların və ya xidmətlərin Fraud Management sistemləri ilə inteqrasiyasını planlaşdırmaq, biznes və texniki tələbləri müəyyən etmək və icrasını koordinasiya etmək;
- Yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən əvvəl dələduzluq riskləri üzrə məlumat axınlarının xəritələndirilməsini (mapping), inteqrasiya və test proseslərinin tamamlanmasını təmin etmək;
- Fraud Management sistemlərinə ötürülən məlumatların tamlığını, keyfiyyətini və aktuallığını təmin etmək, məlumat zənginləşdirilməsi (data enrichment) proseslərini idarə etmək;
- Sistemlərin funksional və texnoloji boşluqlarını müəyyən etmək, mövcud imkanlardan maksimum istifadəni və sistemlərin davamlı təkmilləşdirilməsini, habelə vendor dəstək serviceləri ilə layihələrin aparılmasını təmin etmək;
- Tranzaksiya və sessiya məlumatlarının emalı üzrə sinxron və asinxron prosesləri təhlil etmək, qərarvermə mexanizmlərinin sürətini, effektivliyini və izləniləbilənliyini təmin etmək;
- Dələduzluq risklərinə qarşı preventiv tədbirlərin (bloklama, məhdudlaşdırma, əlavə autentifikasiya və s.) vahid mərkəzdən idarə edilməsini və avtomatlaşdırılmasını təmin etmək;
- Fraud Management sistemlərinin işləkliyini təmin edən komponentləri, servisləri və texnoloji asılılıqları müəyyən etmək, onların monitorinqini və dayanıqlılığını təmin etmək;
- Sistem nasazlıqları, fasilələr və performans problemlərindən irəli gələn əməliyyat və maliyyə risklərini qiymətləndirmək, onların qarşısının alınması və operativ bərpası üzrə tədbirləri koordinasiya etmək;
- Biznes, mühəndislik, informasiya təhlükəsizliyi və digər aidiyyəti struktur bölmələrlə əməkdaşlığı təmin etmək, texniki asılılıqların azaldılması və proseslərin optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
- Fraud Management sistemləri üzrə biznes və texniki sahiblik (system ownership) çərçivəsində dəyişikliklərin, yenilənmələrin, inteqrasiyaların və inkişaf təşəbbüslərinin idarə edilməsini və əlaqələndirilməsini təmin etmək;
- Sistemlərin fəaliyyət göstəricilərini, qərarvermə performansını və preventiv mexanizmlərin effektivliyini izləmək, davamlı təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
- Fraud Management sistemlərində tətbiq edilən texnoloji və əməliyyat nəzarətlərinin Bankın risk iştahası, daxili siyasətləri və müvafiq tənzimləyici tələblərlə uyğunluğunu təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 5, Frod idarəedilməsi sahəsində 2 il iş təcrübəsi;
- Xarici dillər: İngilis(yaxşı);
- Kompüter bilikləri: Fraud Management sistemləri, SQL və verilənlər bazaları, Linux administrasiyası, API inteqrasiyaları və məlumat axınları, mobil tətbiqlərin təhlükəsizliyi (Device Fingerprinting, RASP, Session Security), mikroservis arxitekturası, sistem monitorinqi və log analizi, məlumat analitikası;
- Məhsul üzrə biliklər: Rəqəmsal bankçılıq məhsulları və xidmətləri, ödəniş sistemləri və tranzaksiya axınları, Fraud Management və Sessional Fraud Prevention həlləri, rəqəmsal kanallar üzrə autentifikasiya və təhlükəsizlik mexanizmləri, dələduzluq risklərinin qiymətləndirilməsi və preventiv nəzarət mexanizmləri.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














