Biznes

160 min manatlıq şirkət ləğv olunaraq - 2 MİN MANATLIQ ŞİRKƏTƏ QOŞULDU

160 min manatlıq şirkət ləğv olunaraq - 2 MİN MANATLIQ ŞİRKƏTƏ QOŞULDU | FED.az
17:23 5 Sen 2020

"Habako Konstrakşn" QSC və "Alfa Aqro" QSC "Binə Aqro" QSC-yə qoşularaq yenidən təşkil olunur.

FED.az xəbər verir ki, qoşulma ilə əlaqədar "Alfa Aqro" QSC-nin və "Habako Konstrakşn" QSC-nin bütün hüquq və vəzifələri "Binə Aqro" QSC-yə keçir.

Qeyd edək ki, "Binə Aqro" QSC 2000 manat nizamnamə kapitalla 2 iyul 2015-ci ildə yaradılıb. 

"Binə Aqro" QSC-yə qoşulan "Habako Konstrakşn" QSC şirkəti isə 19 avqust 2009-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 160 min manatdır. Digər qoşulan şirkət "Alfa Aqro" QSC 17 iyun 2016-cı ildə 2000 manat kapitalla yaradılıb. 

Hər üç şirkətin qanuni təmsilçisi Rəşad Mailov Yadigar oğludur.

Digər xəbərlər