Ötən il Azərbaycanda 2 milyard 808,6 milyon manatlıq ictimai iaşə dövriyyəsinin böyük hissəsi – 72,4%-i və ya 2 milyard 33 milyon manatı Bakının payına düşüb.
Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? - BANKLAR, «KƏŞBƏK», SİYAHI (Noyabr, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı ölkədə restoranlarda ən çox pul xərclənən şəhər olub. Bundan başqa, Sumqayıtda restoranlarda 62,8 milyon manat, Gəncədə restoranlarda 56,6 milyon manat pul xərclənib.
Restoranlarda ən çox pul xərclənən dördüncü region Naxçıvan iqtisadi rayonu olub. Burada xərclənən vəsaitin həcmi 53,7 milyon manat təşkil edib.
Siyahının beşinci yerində 32,5 milyon manat dövriyyə ilə Qəbələ rayonu, altıncı yerində 32,2 milyon manat dövriyyə ilə Xaçmaz rayonu qərarlaşıb.
Restoranlarda çox pul xərclənən rayonlardan biri də Bərdə rayonudur. Bu rayonda ötən il restoranlarda 29,2 milyon manat xərclənib. Lənkəranda isə bu məbləğ 28,2 milyon manata bərabər olub.
Restoranlarda xərclənən pulun çoxluğuna görə siyahıda doqquzuncu yerdə Abşeron rayonu dayanır. Bu rayonda ötən il restoranlarda 26,3 milyon manat pul xərclənib. Şamaxı rayonunda isə ötən il restoranlarda xərclənən pulun məbləği 21,9 milyon manat olub.














