Səhiyyə Nazirliyi tabeliyindəki bir neçə müəssisənin ləğvi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyinin 9 oktyabr 2025-ci il tarixli 3-28/3-1-563/2025 nömrəli əmrinə əsasən, nazirliyin tabeliyində olan bir neçə səhiyyə müəssisəsinin ləğv olunması barədə qərar qəbul edilib.
Qərara əsasən aşağıdakı müəssisələr ləğv edilir:
-
Gəncə Şəhər Təsərrüfatəhəsəblı Ailə və Nikah Məşvərətxanası;
-
Gəncə Şəhər Təsərrüfatəhəsəblı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi;
-
Gəncə Şəhər Körpələr Evi.
Bu qərar həmin müəssisələrin fəaliyyətinin dayandırılması və əmlaklarının komissiya qaydasında bölüşdürülməsi məqsədilə qəbul olunub.
Səhiyyə Nazirliyi bildirir ki, müəssisələrin balansında olan bütün aktiv və öhdəliklərin inventarlaşdırılması və mövcud borcların ödənilməsi prosesi aparılacaq.
Əlaqə nömrəsi: 012-441-26-03.
Ünvan: Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A.
E-mail: [email protected].