“Fresco SS” MMC şirkətinə 3 şirkət qoşulur.
FED.az xəbər verir ki, “Pirin Gold” MMC, “Gold Season MTS” MMC və “Pirsu LTD” MMC şirkətləri “Fresco SS” MMC birləşir.
Qoşulma nəticəsində “Fresco SS” MMC yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “Fresco SS” MMC 29 yanvar 2018-ci ildə dövlət qeydiyyatına alınıb, 30 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Vitali Borysovdur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov, ev.18A, m.39 ünvanıdır.
Eyni tarixdə yaranan və eyni hüquqi ünvana fəaliyyət göstərən "Pirin Gold” MMC, “Gold Season MTS” MMC və “Pirsu LTD” MMC şirkətləri “Fresco SS” MMC 10 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Xasiba Allahyarova Qabil qızıdır.
“Fresco SS” MMC ödənilməmiş vergi borcu yoxdur. "Pirin Gold” MMC-nin 36 min 145,2 manat “Gold Season MTS” MMC-nin 9 min 572,43 manat və “Pirsu LTD” MMC-nin 11 min 708,02 manat vergi borcları var.