"Level Leasing" Açıq Səhmdar Cəmiyyəti (ASC), cəmiyyətin nizamnamə kapitalında əhəmiyyətli payların əldə edilməsi barədə məlumat açıqlayıb.
FED.az xəbər verir ki,şirkətin 16 oktyabr 2025-ci il tarixində yaydığı bildirişlərə əsasən, 3 fiziki şəxs 15.10.2025-ci il tarixində cəmiyyətin səhmlərinin ümumilikdə 61,99%-ni əldə ediblər.
Açıqlanan məlumatlara görə, pay sahibləri və əldə etdikləri səhmlər aşağıdakı kimidir:
Pay Sahibi |
Əldə Olunan Səhmlərin Sayı |
Nizamnamə Kapitalında Payı |
Mehralıyeva-Rzayeva Nurana Ramiz qızı |
585.900 |
27,90% |
Quliyeva Zərifə Aydın qızı |
585.900 |
27,90% |
Bədirova Lalə Əli qızı |
129.990 |
6,19% |
Cəmi |
1.301.790 |
61,99% |
Bu əməliyyat nəticəsində "Level Leasing" ASC-nin səhmlərinin 60%-dən çoxu üç yeni sahibin nəzarətinə keçib.
Eyni miqdarda (585.900 səhm) pay əldə edən Mehralıyeva-Rzayeva Nurana Ramiz qızı və Quliyeva Zərifə Aydın qızı cəmiyyətdə bərabər və ən böyük pay sahibləri olublar.
Şirkətin daha öncəki payçıları isə Qarayeva Mənzər İsrail qızı (52%), “Hermes Finance" ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızı (10%) idi.
Bildirişlər "Level Leasibng" ASC-nin direktoru Mirzəyev Həmid Mövsüm oğlu tərəfindən imzalanıb.