12 iyun 2024-cü il saat 10.00-da “Əli-Bayramlı süni-dəri ” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Mərkəzi Bankın “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə aid təlimatına uyğun olaraq (hüquqi ünvan: Şirvan şəhəri, Neftçilər küçəsi 1) onlayn qaydada baş tutacaq.
Onlayn platforma - iclasın videoqeydiyyatı "ZOOM"proqramı vasitəsilə aparılacaqdır.
İclasın gündəliyinə cəmiyyətin 2023-cü il üzrə illik hesabatının yekunlarının müzakirəsi və digər məsələlər daxil edilib.
Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “ONLİNE” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini (055) 226-01-31 “WhatsApp” nömrəsi ilə təmin etsinlər.
Əvvəlcədən qeydiyyata düşənlərə proqramdan istifadə üçün təlimat göndəriləcəkdir.
Əlaqə telefonu : (050) 200-40-41)