11 iyun 2024-cü il saat 10.00-da “Yevlax Elektrik Təmir Tikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Mərkəzi Bankın “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə aid təlimatına uyğun olaraq (hüquqi ünvan – Yevlax şəhəri, Şadlinski küçəsi 3.) onlayn qaydada baş tutacaq.
Onlayn platforma - iclasın videoqeydiyyatı "ZOOM"proqramı vasitəsilə aparılacaqdır.
İclasın gündəliyinə cəmiyyətin 2023-cü il üzrə illik hesabatının yekunlarının müzakirəsi və digər məsələlər daxil edilib.
Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “ONLİNE” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini (051) 241-43-84 “WhatsApp” nömrəsi ilə təmin etsinlər.
Əvvəlcədən qeydiyyata düşənlərə proqramdan istifadə üçün təlimat göndəriləcəkdir.
Əlaqə telefonu : (050) 310-35-52