“Azərişıq” ASC keçirdiyi tenderin qaliblərini elan edib.
FED.az TENDER xəbər verir ki , “Azərişıq” ASC Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə müxtəlif gücdə gərginliyi yük altında avtomatik tənzimlənən transformatorların alınması üçün 1 mln 609 min 685 manat dəyərində müqavilə bağlayıb.
Eləcə də bax: Ən çox tender udan şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR
“Azərişıq” ASC digər müqaviləni Gatdigital MMC ilə ASAN xidmət mərkəzlərinin Azərişıq ASC-yə aid olan layihələrə tələb olunan mal-materialların alınması üçün 3 mln 723 min 569 manat dəyərində müqavilə bağlayıb.
Bu müqavilələrin ümumi dəyəri 5 mln 333 min 254manat olub.
Dövlət qurumunun 5 milyonluq tenderini bu şirkətlər uddu
10:48
19 Noy 2018