“The Walt Disney Company” şirkəti koronavirus epidemiyasının fəsadlarına görə 2021-ci ilin birinci yarısında 32 minədək əməkdaşını ixtisar edəcək.
Eləcə də bax: “Walt Disney" son 40 ildə ilk dəfə - Zərərə Düşdü
FED.az xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, mövcud vəziyyətə, habelə “yeni iş prinsipləri”nə görə yeni işçi qəbulunu azaldan “Walt Disney” daha çox istirahət bölməsi olan “Disney Parks, Experiences and Products”da çalışan 32 minə yaxın əməkdaşın fəaliyyətinə son verməyi nəzərdə tutur.
Qeyd edək ki, hələ sentyabr ayının sonunda DPEP rəhbəri Coş d’Amaro 28 min işçini ixtisar etmək niyyətində olduqlarını bildirmişdi.
Ümumiyyətlə, oktyabrın 3-nə olan vəziyyətə görə, şirkətin 203 min işçisinin 37 minə yaxın ödənmişsiz məzuniyyətdə olub. (Report)