“Çınqıl-İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az bu barəd İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir .
Məlumata əsasən, “Çınqıl-İnşaat” MMC-nin vergi borcu 1 milyon 464 min 659 manatdır. Bu vergi borcu 18.03.2025-ci il tarixinə olan məlumatdır.
Qeyd edək ki, "Çınqıl-İnşaat" MMC 17 fevral 2025-ci ildə yaradılıb. MMC 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Qalib Mehrəliyev Teyyub oğludur. Hüquqi ünvanı AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, QAÇAQ NƏBİ, ev.10, m.69 ünvanıdır.