"Şirvan Araz Zavodu" MMC-nin 14 milyon 139 min manat vergi borcu olduğu məlum olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.
Qeyd edək ki, "Şirvan Araz Zavodu" MMC 30 noyabr 2007-ci ildə yaradılıb. MMC 102 milyon 889 min 452 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəhman Mehdiyev İsfəndiyar oğludur. Hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan ev 5 ünvanıdır.