"Mediterranean Shipping Register" MMC ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 78B ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Mediterranean Shipping Register" 22 iyul 2024-cü ildə dövlət qeydiyaytına alınıb. Onun nizmanamə kapitalı 100 manatdır. Qanuni təmilçisi Kostiantyn Kusynskidir. Hüquqi ünvanı AZ5000, SUMQAYIT ŞƏHƏRİ, H.ƏLİYEV PROS., ev.33, m.17 ünvanıdır.
Əlavə məlumat üçün bildirək ki, “Mediterranean Shipping Register” LLP (MSR) 2011-ci ildə Birləşmiş Krallıqda, London şəhərində qeydiyyatdan keçmiş müstəqil təsnifat cəmiyyətidir. Şirkət gəmi və dəniz nəqliyyatı sahəsində texniki nəzarət, təsnifat və sertifikatlaşdırma xidmətləri göstərir.
Şirkətin əsas fəaliyyəti gəmilərin təsnifatı və texniki yoxlanışı, statut müayinələri, eləcə də ISO 9001 : 2015 keyfiyyət idarəetmə sisteminə əsaslanan təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə audit xidmətlərinin göstərilməsidir.