Biznes

“Başlamaq heç vaxt gec deyil”: KFC-nin yaradıcısından - 5 BİZNES-MƏSLƏHƏT

“Başlamaq heç vaxt gec deyil”: KFC-nin yaradıcısından - 5 BİZNES-MƏSLƏHƏT | FED.az
13:03 10 Fev 2020

Hər birimizin KFC qəlyanaltı restoranlarında rastladığımız saqqallı və eynəkli, xoşsimalı cənab, əfsanəvi polkovnik Harland Sanders-in şəklidir. O, uğur daşıyıcısı hesab olunur.

Eləcə də bax: “KFC”də - SÜNİ TOYUQ ƏTİ VERİLƏCƏK

FED.az məlumat verir ki, qızardılmış toyuğun müasir reseptinin ixtiraçısı olan bu şəxs, hal-hazırda dünyanın 136 ölkəsində restoranlarının sayı 23 mindən çox olan “ictimai qida” imperiyasının banisidir. Amma onun tarixçəsi tipik “amerikan arzusu”ndan təmamilə fərqlənir: eniş-yoxuşları, səhvləri və uğursuzluqları çox olub. Onun həyat yolu bir çoxlarına nümunə ola bilər. Bəs bütün dünyaya yayılan uğurlu korporasiyanı Sanders-in hansı pinsiplərinə əsasən qurmaq olar?

Bir çox hallarda ən yaxşı biznes hobbidən yaranır. O, ətrafımıza dəyərlərimizi bölüşdüyümüz sadiq auditoriya toplayır. Məsələn, Harley Davidson-un tarixçəsi avto-təmir sexindən başlayıb. Orada üç dost boş vaxtlarında motosiklet yığırdılar. Amma belə bir hobbini biznesə çevirmək üçün ciddi səy göstərmək və bir çox şeylərin plan üzrə getməyəcəyinə hazır olmaq lazımdır. Biznes-təlimçi Larry Elton-un fikrincə, hobbini uğurlu biznesə çevirmək üçün bunu sadəcə istəmək azdır: planlamanı öyrənmək, mümkün satış kanallarını müəyyən etmək, həmkarlarla əməkdaşlıq etmək və hobbiyə də ciddi bir iş kimi yanaşmaq lazımdır.

Harland Sandersə gəldikdə isə o, restoran biznesinə başlamazdan qabaq bir çox işlərdə işləyib: konduktor, təmizlikçi, vəkil, sığorta agenti və başqa fəaliyyətlər. Amma ən çox sevdiyi sahə kulinariya olub. Bununla o, səni həqiqətən həvəsləndirən bir işə özünü təmamilə həsr etməyin heç vaxt gec olmadığını sübut edib – 40 yaşında polkovnik Kentukki ştatındə yerləşən Korbin şəhərində yancaqdoldurma məntəqəsi alır və oradan keçən yol yorğunlarına uşaqlıqdan yadında qalan resept üzrə qızardılmış toyuq satmağa başlayır. Bu təşəbbüsü nəticəsində 1935-ci ildə onun qurumu tanınmış qida tənqidçisi tərəfindən qeyd edildi və səyahətçilər üçün milli bələdçi səhifələrinə düşdü. Əməkdaşlarının öz işinə olan sevgisi hələ də KCF şirkətinin əsas uğur sirlərindən biri olaraq qalmaqdadır.

Məhsula sərmayə qoyun

Şirkətinizin inkişaf üçün böyük potensialı ola bilər. Bunun üçün istehlakçılara o qədər cəlbedici bir məhsul təklif etməlisiniz ki, onlar buna görə pul xərcləməyə hazır olsunlar. Henry Ford həmişə deyirdi ki, keyfiyyət istehsalçı üçün bir nömrəli şərtdir. Levi’s cinslərinin yaradıcısı Levi Strauss da onun bu fikrini təsdiqləyərək bildirib ki, keyfiyyət heç vaxt dəbdən düşməyəcək.  Alıcıların tələblərinə cavab verməklə siz təkcə onların sadiqliyini qoruyub saxlamış olmursunuz, eyni zamanda marketinq və reklamda qənaət etmiş olursunuz: yaxşı məhsul müəyyən bir mərhələdə həqiqətən də “özü özünü satır”.

Polkovnik Sandersi isə onun 11 ot və ədviyyatdan hazırlanmış unikal toyuq resepti məhşur edib. Ənənəvi , tavada bol yağda qızartma metodundan fərqli olaraq, Harland Sanders onu qaynar qazanın köməyi ilə hazırlamaq qərarına gəlib. Ocağın təsirindən daha az yağ sərf edilib, üzərindəki çörək qurusu xüsusilə xırt-xırtlı, ət isə daha da şirəli alınıb. Ən əsası da yeməyin hazırlanmasına yarım saat əvəzinə cəmi doqquz dəqiqə vaxt gedib. Bugün, sözügedən brendin bütün restoranları hələ də onun formulası ilə gedirlər: ət suxariyə batırılır və əldə, xüsusi ixtisaslı aşpazlar tərəfindən hazırlanır, keyfiyyət standartlarına isə hər hazırlanma mərhələsində nəzarət olunur.  Əsasən, ət, bütün hissəcikləri eyni ölçü və formada olmaqla doğranır. Bu onların bərabər şəkildə bişəcəyinə zəmanət verir.

Səhvlərdən qorxmayın

Uğursuzluqlar qaçılmazdır.Şirkət lideri onlardan qorxmamalı və bu halda özünə inamı qoruyub saxlamalıdır. Biznesinə isə bərpa müddəti imkanı yaratmalıdır. Səhvlər insanı daha ağıllı və güclü edir. Maneələr biznesin strukturuna yenidən nəzər salmaq üçün səbəbdirlər.

1954-cü ildə Korbinin 7 kilometrliyində yeni avtomagistral salınır və kafeyə gələnlərin sayı azalır. Bu zaman Sanders öz dəstəsini də götürüb yoldaşı ilə birlikdə ətraf ştatlara səfərə yola düşür. O, yerli restoranlarda və qəlyanaltı məkanlarında onun resepti üzrə hazırlanan toyuqlardan yeməyə gələnlərə baş çəkir və həmin məkanların sahibkarlarını əməkdaşlığa sövq edə bilir. Reseptinin qarşılığında o, restoranda hazırlanan hər toyuğa görə dörd sent məbləğində pul istəyir. Bu strategiya işə yarayır: 1964-cü ildə bütün ABŞ ərazisi üzrə 600 yerdə artıq Sanders toyuqları satılmışdı. İnkişafa görə məsuliyyəti Sanders tərəfdaşlarının öhdəliyinə buraxmışdı.

Yeni şeylər öyrənin

Bugünkü günümüzdə təşkilatlar davamlı olaraq dəyişiklilər etməli olurlar, onların sürəti isə günbəgün artır. Sahələr birləşdirilir, yeni texnologiyalar əmələ gəlir, istehlakçılar fərqli davranırlar. Yeni biliklər öz güclü tərəflərini anlamaqda və onları biznesin inkişafında tətbiq etməkdə yardımçı olurlar. İstənilən şirkətdə əməkdaşlarla yeni ideyalar nəsli arasında bilikər mübadiləsi üçün əlverişli mühit yaratmaq olar: komandanı narahat edən istənilən problemin müzakirəsinə vaxt ayırmaq, ofisdə məkanı tez-tez digər şöbələrdən olan əməkdaşların bir araya gələ bilməsi üçün uyğun şəkildə təsis etmək, təlimçilik institutu təqdim etmək.

Harland Sandersin də müxtəlif sahələrdə işlədiyi illər ərzində topladığı təcrübə də şəxsi biznesinin inkişafında ona köməkçi olub. Səyahət satıcısı kimi işləməklə o, istehlakçıların tələblərini daha yaxşı qarşılamağı və insanları inandırmağı öyrənir. Ölkə üzrə çoxlu səyahətlər etməsi və müxtəlif insanlarla tanışlığı ona “ideal tərz”ini yaratmaqda kömək olub – hörmət və inama tam layiq olan və əyninə yaxşı oturmuş bəmbəyaz kostyumda bir cənab obrazı. Hüquqşünaslıq təcrübəsi isə polkovnikə müqavilələrdə gözəl ünsiyyət qurmaqda və françayzinq şəbəkəsini yaratmaqda yardımçı olub.  Bacarıqların bütün əməkdaşlar arasında inkişaf etdirilməsinə və yeni şeylərin öyrənilməsinə çalışmaq hələ də KFC-nin əməkdaşlıq strategiyasının əsasını təşkil edir.

Həmfikir komandalar yaradın

İşə təkcə peşəkarları deyil, dəyərləri şirkətin və komandanın dəyərlərinə cavab verən əməkdaşları da götürmək vacibdir. Harvard Business School-un araşdırmasına görə güclü korporativ mədəniyyət biznesdə 20-30% uğuru təmin edir. İşçisi olan baristanın necə daim güldüyünü Starbucks-un qurucusundan soruşanda, o, cavabında bildirib ki, işə gülməyi sevən insanları götürür. Əməkdaşlar eyni ideyalara inananda və eyni məqsədlərə xidmət edəndə, iş prosesini təşkil etmək, əlaqələr qurmaq və qeyd edilən biznes-göstəricilərə nail olmaq daha rahat başa gəlir.

Həmfikirlər komandası – rəhbər üçün çox güclü kömək: o motivasiya olunub, təşəbbüskardır və tam həvəslə işləməyə hazırdır. Belə olan hada isə istənilən uğur əsl bayrama və bütün əməkdaşlar üçün şəxsi qurur mənbəyinə çevrilir. KFC də bu ideya ilə gedir: Sanders-in əməyi hal-hazırda demək olar ki, milyona yaxın əməkdaşı bir araya gətirən dünya brendinə çevrilib.

FİNS

Digər xəbərlər