Dünyaca məşhur “KFC” fastfud restoranlar şəbəkəsi menyuya “Beyond Meat” şirkətinə məxsus süni toyuq ətindən hazırlanan naqqetslər əlavə edəcək.
Eləcə də bax: KFC və Burger King süni ətə keçir – YENİ BİZNES BAŞLAYIB
FED.az xəbər verir ki, hələ ki məhsul fevralın 3-dən ABŞ-ın Şarlott və Neşvill şəhərlərində yerləşən 70 “KFC” restoranında eksperiment qismində satılacaq.
Eləcə də bax: İnəksiz süd istehsalı – SÜD BAZARI DƏYİŞİR, YENİ BİZNES
Qeyd edək ki, ötən ilin yayında artıq sınaq olaraq süni toyuq əti ABŞ-ın Atlanta şəhərində satışa çıxarılıb.
O zaman bütün süni toyuq ehtiyatları beş saat ərzində satılıb qurtarmışdı.
O zamandan bəri “Beyond Meat” şirkəti məhsulun yaxşılaşdırılması üzərində çalışır.
Oradan verilən məlumata əsasən, məhsul əsl ətdən seçilməyəcək.
Oxu