“Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.
Eləcə də bax: “Qala” sığortaların rəhbəri “Baku Steel Company”ə direktor (CEO) təyin edildi - RƏSMİ
FED.az xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.
Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ilə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir. (Report)