Noyabrın 28-də «Bakı Nəqliyyat-10» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycanda şirkət yaranmış çətinliklərə görə – LƏĞV EDİLİR - İCLAS
FED.az xəbər verir ki, toplantıda məqsəd şirkət rəhbərliyinin dəyişdirilməsidir. Belə ki, Mülki Məcəllənin 107-1.6-cı maddəsinə əsasən növbədənkənar ümumi yığıncağın çağırılması səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə həyata keçirilə bilər. «Bakı Nəqliyyat-10»” ASC-nin səhmdarlarının müraciəti də şirkətin icra orqanına ünvanlanıb.
Cəmiyyətin İdarə heyətinin Sədri Qasımov Vidadi Vaqif oğlu öz öhdəliklərini icra etməmiş və qanunvericilik tələbini pozmuşdur.
«Bununla bağlı olaraq bildiririk ki, «Bakı Nəqliyyat-10” ASC-nin təkrar növbədənkənar ümumi yığıncağının 28 noyabr 2022-ci il tarixində saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, Çobanzadə 2403 ünvanında keçiriləcəkdir»-deyə şirkətin açıqlamasında bildirilir.
Gündəliyə daxil olan məsələlər:
1. Qasımov Vidadi Vaqif oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin Sədri vəzifəsindən azad edilməsi;
2. Rüstəmli Orxan Rafael oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin Sədri vəzifəsinə təyin edilməsi.