«Yevlax Nəqliyyat» ASC yaranmış çətinliklərlə əlaqədar ləğv edilmək barədə qərar verəcək.
FED.az xəbər verir ki, bu məsələ şirkətin səhmdarlarının 26 noyabr 2022-ci il tarixində keçiriləcək növbəti ümumi yığıncağında müzakirə ediləcək.
Toplantıda ASC-nin idarəetmə orqanlarının 2021-ci ilə dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, illik hesabatların təsdiq edilməsi, təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi və yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə məsələlərə baxılacaq.
«Yevlax Nəqliyyat» ASC-nin idarə heyəti bildirir ki, ASC uzun müddətdir fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir.
Bu barədə keçmiş Vergilər Nazirliyi¬nin 11 saylı Ərazi Vergilər İdarəsindən müva¬fiq rəsmi sənəd də var. Toplantının keçirləcəyi ünvan – Yevlax rayonu, Aran qəsəbəsi, ASC-nin inzibati binasıdır. Əlaqə telefonu – (055) 212- 90-00.