30 iyun 2025-ci il saat 11.00-da “Azərkabel” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda baş tutacaq.
Yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qeydiyyat masasına müraciət etməlidirlər.
Növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərkabel” ASC-nin müşahidə şurasının və icra orqanının üzvlərinin yenidən seçilməsi.
2. “Azərkabel” ASC-nin 2024-cü il üzrə illik maliyyə hesabatının müzakirəsi.
3. “Azərkabel” ASC-nin borclarının ödənilməsi yolları, ödəniş qabiliyyətinin bərpası və ya ləğvi məsələsi.
4. Müşahidə Şürasının Əsasnaməsinə əlavə və dəyişiklərin edilməsi.
5. Digər məsələlərin həlli.
Gündəlikdəki materiallarla cəmiyyətin binasında iclas günü tanış olmaq mümkündür.