21 iyun 2025- ci il saat 17:00 da “Ə.A.Ansuxski adına Balakən Konserv Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin sədrinin hesabatı
2. İllik maliyyə hesabatı və balansın təsdiqi.
3. Maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiysının hesabatı.
4. ASC-nin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi ilə bağlı mexanizmin müəyyən edilməsi, dividentlərin əldə edilməsi üçün zəruri addımların atılması üzrə məsələlərin müzakirəsi.
5. Digər məsələlər.