Bu ilin sentyabr ayının birinə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247 min 700 nəfər olub.
Azərbaycanda ən yülsək və ən aşağı pensiya olan - RAYON/ŞƏHƏRLƏR – MƏBLƏĞ, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu göstərici əvvəlki ayın eyni dövrünə nəzərən 600 nəfər və ya 2,4% daha çoxdur. Belə ki, bu ilin avqust ayının birində ölkədəki işsiz şəxslərin sayı 247 min 100 nəfər idi.
Ötən ilin sentyabr ayının birinə nəzərən isə ölkədəki işsiz şəxslərin sayı 10,7 min nəfər, yaxud da 4,5% artıb. 2025-ci ilin bir sentyabr tarixinə ölkədə 237 min nəfər işsiz şəxs var idi.
Qeyd edək ki, ölkədəki işsiz şəxslərin Azərbaycan əhalisinin təxminən 0,2%-ini tutur. Başqa sözlə, ölkədəki hər 100 şəxsdən 2-si işsizdir.












