Banner

Biznes

Azərbaycanda yeni lotereya başlayır - ŞƏRTLƏR

Azərbaycanda yeni lotereya başlayır - ŞƏRTLƏR | FED.az
12:26 17 Dek 2019

“Azerlotereya” ASC ənənəvi “Qış Möcüzəsi” bayram lotereyasına başlayıb.

FED.az xəbər verir ki, “Qış Möcüzəsi” lotereya biletinin qiyməti 2 manatdır. Lotereyanın tirajı dekabrın 26-da “Space” televiziya kanalı vasitəsilə efirdə yayımlanacaq.

Eləcə də bax: 5 il eyni rəqəmi yazdı, axırda 290 min manat uddu – AZƏRBAYCANDA LOTEREYA ƏHVALATI

“Qış Möcüzəsi” tirajlı bayram lotereyasında böyük pul mükafatları olacaq. Belə ki, əsas oyun başlamazdan əvvəl biletin seriya nömrəsi İlə 10 000 manat, turlarda 5 ədəd 2020 manat və əsas oyun bitdikdən sonra biletin seriya nömrəsi ilə 25 000 manat məbləğində pul mükafatları oynanılacaq.

Lotereya biletlərinin satışı çap olunan biletləri ilə yanaşı, “Mobil loto” www.azeriotereya.com  veb saytı vasitəsilə həyata keçirilir.

Digər xəbərlər

Banner