Azərbaycandakı iri lotereya uduşlarının bir hissəsi tamamilə təsadüfən baş verir. Bəzən insanlar hətta istəmədən belə aldıqları lotereya biletləri ilə iri məbləğ uda bilirlər. Azərbaycanda lotereya oyunlarının vahid operatoru olan “Azərlotereya” ASC-dən FED.az-a verilən məlumata görə, lotereyalarda yüzlərlə insan müxtəlif məbləğlərdə pul uduşlarının sahibi olur. Amma bəzi uduşlar qəribəliyi ilə diqqəti çəkir. FED.az lotereya oyunlarının qaliblərinin qarşılaşdırları ən maraqlı əhvalatları bölüşür:
Eləcə də bax: “Azərlotereya”-nın xalis mənfəəti 2,6 dəfə artıb
Unutduğu biletlə 10 min uddu
Bakı şəhər sakini Talıbov Vüsal Nüsrət oğlu ailəsi ilə birlikdə istirahət etmə1k məqsədilə Şəki şəhərinə getmişdi. Çox nadir hallarda lotereya oyunlarında iştirak edən Vüsal ailəsinin istəyi ilə “SUPER 5+” ani lotereya biletini alır. Aldığı lotereyanın necə oynanılmasından belə xəbəri olmayan Vüsal bileti pozmadan avtomobildə qoyur və onun mövcudluğunu unudur. Bir müddət keçdikdən sonra həmin lotereya biletini avtomobilində görərək onu uoxlamaq qərarına gəlir. Oyunun qaydalarını bilməyən Vüsal lotereya biletini pozduqdan sonra da qalib olduğunu anlamır və bileti dostlarına göstərdikdən sonra 10.000 (on min) manat qazandığını başa düşür.
Eləcə də bax: Uğurlu peçenye amerikalı təqaüdçüyə 344,6 milyon dollar - QAZANDIRIB
5 manat xərcləyib axırda 50 min uddu
“8-ci km. bazarı"da ücarətlə məşğul olan Zangilan rayon sakini Sahib Salahov gündəlik olaraq 5 manat civanında ani lotereya alırdı. Bir gün "8-ci km. bazarı"nda yerləşən satış mentəqəsindən 5 ədəd “Uğurlu Rəqəm 14” ani lotereyasını alan qalib 10 manat məbləğində uduş qazanır. Qazandığı məbləğdən 9 ədəd bilet alan Sahib yenə də heç nəyə nail olmur. Sonuncu 1 manata da bilet alır və 50.000 manat qazanır.
5 il eyni rəqəmləri yazıb axırda 290 min uddu
Bakı şəhər sakini Ehtiram Əhmədov bəş il ərzində hər gün özünün yazdığı şablon rəqəm kombinasiyası Nә “6/40" vә “5/36" tirajlı lotereya oyunlarında iştirak edirdi. “5/36” tirajlı lotereyasının 2860-ci tirajında E.Əhmədov, yenə də həmin rəqəmləri yazaraq nəhayət ki, 289 429 manat məbləğində olan “Cek Pot"un qalibi olub. “Sədərək” ücarət mərkəzində kiçik bizneslə məşğul olan qalib 11 ildir ki, kirayədə yaşayır və tək arzusu ev sahibi olmaqdır. Qalibin sözlərinə görə, o, qazanılan məbləğlə ilk növbədə özunə mənzil alacaq.