“TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 05.01.2024-cü il tarixdə səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, “TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir:
1. emitentin tam adı, taşkilati-hüquqi forması və olduğu yer - “TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1307176781), AZ1100, Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov, ev 4, m. 31;
2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi –05.01.2024-cü il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən;
3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi - AZ1001023469; 4. qiymətli kağızların növü və forması – sənədsiz, adi, adlı səhm;
5. qiymətli kağızların nominal dəyəri - 100,00 (bir yüz) manat;
6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 20 (iyirmi) ədəd;
7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi – bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində; 8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) - sənədsiz adi adlı səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir.