“NORM” ASC-nin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 19 mart 2024-cü il tarixdə saat 11:00-da keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin Direktorlar Şurasının yeni tərkibinin təsdiq edilməsi;
2. Cəmiyyətin Nizamnaməsinə digər dəyişikliklərin təsdiq edilməsi və dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.