27 oktyabr 2025-ci il saat 11.00-da “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən binasında olacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Cəmiyyətin səhmdarları sırasından çıxma və çıxan səhmdara məxsus olan səhmlərin cəmiyyət tərəfindən geri alınması haqqında”.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə cəmiyyətin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən ofis binasında həftənin iş günləri saat 15.00-dan 17.00-a qədər tanış olmaq mümkündür