“Azrustrans” QSC-nin qiymətli kağızları dövriyyədən çıxarılır və ləğv edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi cəmiyyətin ləğv edilməsi ilə bağlıdır. Ləğv ediləcək qiymətli kağızların dövlət qeydiyyat nömrəsi AZ1001019939-dur.
Məlumata görə, dövriyyədən çıxarılacaq qiymətli kağızlar sənədsiz, adi, adlı səhmlərdir. Hər bir səhmin nominal dəyəri 1 manat təşkil edir. Ümumilikdə 150 min ədəd səhm dövriyyədən çıxarılaraq ləğv ediləcək.
Qiymətli kağızların geri satın alınması səhmdarların bank hesablarına köçürülmə yolu ilə həyata keçiriləcək.
Cəmiyyət Bakı şəhəri, Xətai rayonu, H. Salmani küçəsi, məhəllə 1160, ev 17, mənzil 193 ünvanında yerləşir.











